Bu gün keçirilən 3 oyunla II Liqada V tura start verilib. Sport24az. xəbər verir ki, lider “Cəbrayıl” “Kür-Araz”ı, “Şəmkir” “Ağdaş”ı qonaq edib. “Baku Sportinq” isə Lənkəranda “Lerik”in qonağı olub.
Elmar Baxşıyevin çalışdırdığı kollektiv İmişli klubunu minimal hesabla üstələyib. Hesabat turunda “Şəmkir” də mövsümdə ilk qələbəsinə sevinib. “Lerik” isə meydanı məğlub tərk etməklə azarkeşlərini məyus edib.

Qeyd edk ki, turun digər oyunları sabah keçiriləcək.

II Liqa
V tur
2 okytabr

“Cəbrayıl” – “Kür-Araz” 1:0
Qol: Baxşəli Baxşəliyev, 10.
Bakı. Neftçi Futbol Mərkəzi (4-cü meydan).

“Şəmkir” – “Ağdaş” 3:2
Qollar: Elgün Namazov, 1. Tural Vəlizadə, 20 (p). Ülfan Hüseynov, 44 – Zamiq Əbubəkirov, 44 (p). Xəzər Məmmədov, 66.
Şəmkir. Olimpiya İdman Kompleksinin stadionu.

“Lerik” – “Baku Sportinq” 0:2
Qollar: Röyal Nəcəfov, 32. Elgün Abbaslı, 78.
Lənkəran. Olimpiya İdman Kompleksinin stadionu.
1. Cəbrayıl 5 4 0 1 12-9 12
2. Baku Sportinq 5 4 0 1 9-6 12
3. Sheki City 4 3 0 1 10-3 9
4. Füzuli 4 3 0 1 10-8 9
5. Şahdağ Qusar 4 2 1 1 9-5 7
6. Göygöl 4 2 1 1 12-9 7
7. Lerik 5 2 1 2 10-8 7
8. Dinamo 4 2 0 2 11-7 6
9. Kür-Araz 5 2 0 3 12-12 6
10. Ağdaş 5 1 2 2 8-7 5
11. Qusar 4 1 1 2 9-6 4
12. Şəfa 4 1 0 3 6-18 3
13. Şəmkir 5 1 0 4 8-18 3
14. Kürmük Qax 4 0 0 4 6-16 0


Bombardirlər: Ravil Yusifli (Sheki City), Vüqar Əşrəfli (Göygöl) – 6, Elvin Nəsibov (Cəbrayıl), Ülvi Quliyev (Baku Sportinq), Sərxan Ağayev (Qusar), Valeh Seyidov (Dinamo) - 5 qol.