"İmişli" ilə oyunda bir xal qazandıq. Rəqib Premyer Liqaya vəsiqəni təmin etsə də, ikincilik uğrunda mübarizəni davam etdirir. Buna görə də qələbə qazanmaq istəyirdilər. İkinci hissədə qırmızı vərəqədən sonra azlıqda qalsaq belə komandam sona qədər mübarizə aparıb xal qoparmağı bacardı". Bu sözləri Sport24.az-a açıqlamasında "Baku Sporting"in futbolçusu İsa Zeynallı deyib.

Kapitan liqanın geridə qalan hissəsini komandası üçün dəyərləndirib:

"İlk iki dövrədə "dördlük"də qərarlaşmışdıq. Sonuncu dövrədə uğursuz olduq. Bu da bizə psixoloji cəhətdən zərbə oldu. Hər məğlubiyyətdən sonra növbəti oyuna hazırlamaq çətin idi. 100 faizlik qol epizodlarını dəyərləndirə bilmirdik. Bu matçlarda nəticə qazansaydıq, fərqli mövqelərdə ola bilərdik. "Qəbələ", "Karvan" və "İmişli" ilə oyunlarda rəqibə gücümüzü göstərə bilmişik". Klubla müqaviləm yayda bitir. Yeni təkliflər var. Mövsüm başa çatandan sonra qərarımı verəcəm".

Qeyd edək ki, "Baku Sporting" Birinci Liqada mövsümün sonuna bir tul qamış 27 xalla 7-ci pillədə qərarlaşıb.