"Diafi" ilə oyunda iki fərqli hissə oldu. Birinci yarıda oyunumuz alınmırdı, rəqib yaxşı çıxış etdi, standart vəziyyətdən qol buraxdıq. Amma fasilədən sonra toparlanıb, 3 qol vuraraq qələbə qazandıq". Bu sözləri Sport24.az-a açıqlamasında Birinci Liqanın 23-cü turunda "Difai"ni məğlub edən (3:1) "Qaradağ Lökbatan"ın futbolçusu Bahadur Həziyev deyib.
Həziyev komandasının liqada qalmaq şanslarını dəyərləndirib:
"Çempionatın sonuna 4 tur qalıb, 3 komandanın 22 xalı var. Kim çox əziyyət çəksə, liqada qalacaq. Özümüzdən danışsaq, bu heyətlə nəinki sonuncu, heç 5-6 yerləri düşünmürdük. Məqsədimiz mükafatçılar sırasına düşmək idi. Növbəti matçları qələbə ilə vurmaq üçün çalışacayıq. 7 turdur məğlub olmuruq. Bu da müdafiədə etibarlı çıxış etməyimizin nəticəsidir".
Qeyd edək ki, "Qaradağ Lökbatan" Birinci Liqada 23 turdan sonra 22 xalla sonuncu pillədədir.