İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan və tabeliyindəkiqurumları arasında Ümummilli Lider Heydər Əliyevin xatirəsinəhəsr olunmuş mini-futbol turniri başa çatıb. Sport24.az xəbər verir ki, yarış Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə elan edilmiş "Konstitusiya və Suverenlik İli" çərçivəsində nazirliyin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilib. 

 

May ayından start verilmiş turnirdə 28 komanda mübarizə aparıb. Final oyununda "Azərlotereya" komandası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) komandasına 2:1 hesabı ilə qalib gələrək çempionluğu qazanıb. 

 

Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin (Lokal) komandası isə 3-cü yerə layiq görülüb. 

 

Çempionatın ən yaxşı oyunçusu Əbülfət Abbasov və ən yaxşı qapıçısı Baba Qafarov da "Azərlotereya" komandasından seçilib. Sonda qalib komandaya kubok təqdim edilib.