"Sumqayıt"da ayrılıq baş verib. Klubdan Sport24.az-a verilən məlumata görə, afrikalı legioner Riçard Qadzeylə yollar ayırılıb.

2023/24 mövsümünün sonunadək olan müqavilə qarşılıqlı razılıqla pozulub. 29 yaşlı qanalı hücumçu cari mövsümün gedişində transfer olunaraq qısa müddət sonra lazım olmayıb.

Xatırladaq ki, Qadze bunadək 2 müxtəlif vaxtda "Zirə"də çıxış etmişdi.