19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsində sonuncu oyununu keçirəcək. Sport24.az xəbər verir ki, B Liqasının 5-ci qrupunda yer alan millimiz meydan sahibi Kipr yığması ilə üz-üzə gələcək.

 

Pafos şəhərində yerləşən "Peyia Municipal" stadionunda təşkil olunacaq qarşılaşmanı ukraynalı baş hakim idarə edəcək. Matç Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.

 

Azərbaycan yığması bundan əvvəl İsveçrəyə 0:8, Estoniyaya isə 0:3 hesabıyla uduzub.