Avropa futbol qurumunun əmsallar cədvəlində ölkələrin yenilənmiş reytinqi açıqlanıb. Sport24.az xəbər verir ki, Azərbaycan qitə futbol qurumunun reytinqində 29-cu pillədə yer alıb.
Ölkəmiz 17.125 əmsala malikdir. Bizdən bir pillə irəlidə olan Ukraynada bu göstərici 17.600, bizdən sonra gələn Bolqarıstanda isə 15.875-dir.
Qeyd edək ki, siyahıya İngiltərə (90.839) başçılıq edir.