UEFA Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin püşkü atılıb. Sport24.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan mərasimdə Azərbaycan klublarının da rəqibləri müəyyənləşib.
"Sabah" "Petrokub" (Moldova) səddini keçsə, Avropa Liqasının "Levski" (Sofiya, Bolqarıstan) - "Braqa" (Portuqaliya) cütünün məğlubu ilə görüşəcək.
"Zirə" Xorvatiyanın "Hayduk" klubunu mübarizədən kənarlaşdırsa, "Atletik Klub d"Escaldes" (Andorra) - "Dinamo Siti" (Albaniya) cütünün qalibi ilə qarşılaşacaq.
"Araz-Naxçıvan" "Aris"lə (Yunanıstan) dueldən qalib ayrılsa, "Omonia" (Kipr) - "Torpedo" (Kutaisi, Gürcüstan) cütünün qalibi ilə üz-üzə gələcək.