Azərbaycan və Portuqaliya yığmaları arasında 2022-ci il dünya çempionatının seçmə oyununda maraqlı olay baş verib. Sport24.az xəbər verir ki, görüşün sonuna yaxın meydançaya bir neçə azarkeş daxil olub.
Onlar rəqib futbolçu Brunu Fernandeşə tərəf qaçıblar. Fanatlar "Mançester Yunayted" in yarımmüdafiəçi ilə şəkil çəkdirib və daha sonra meydanı tərk ediblər.
Son saniyələrdə isə daha bir azarkeş meydana daxil olub və o, meydançadan çıxarılan anda final fiti sıslənib.
Xatırladaq ki, matç millimizin 0:3 hedablı məğlubiyyəti ilə nəticələnib.