21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının beynəlxalq yoldaşlıq oyunu çərçivəsində Latviya yığmasına qarşı keçirəcəyi matçın başlama saatı və stadionu müəyyənləşib. Sport24.az xəbər verir ki, oyabrın 17-də, saat 18:00-da başlayacaq qarşılaşma "Dalğa Arena"da keçiriləcək.
Xatırladaq ki, Samir Əliyevin komandası bu matmdan sonra İspaniyanın Mursiya şəhərinə yollanaraq AVRO-2025-nin seçmə mərhələsində Ukrayna U-21-nin qonağı olacaq.