"Kəpəz"in baş məşqçisi Azər Məmmədov stadion seçimini özü üçün edib. Sport24.az-ım Gəncəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, 47 yaşlı mütəxəssis doğma şəhərdən kənarda ev matçlarını keçirmək istədiklərin məkanın adını açıqlayıb: "Gəncədəki stadionumuzu ökülməyi ilə bağlı qərarı müvafiq orqanlar verəcək. Düşünürəm ki, Gəncəyə yaxşı stadion lazımdı. Bakıda oynamaq istəmirəm. Qəbələdə oynamağa üstünlük verərəm. Kpmanda dəniz səviyyəsindən yüksəklikdə olan bu stadionda oynamağa artıq adaptasiya olub. Amma bu, öz istəyimdi. Yekun qərarı klub rəhbərliyi ilə burgə verəcəyik".
Xatırladaq ki, "Kəpəz" qəzalı vəziyyətdə olan stadionunda oynamağa icazə verilməyəndə iki müxtəlif vaxtda rəqiblərini Qəbələ şəhər stadionunda qəbul edib.