"Turan Tovuz" qış transferi olan albaniyalı legioner Belajdi Pusi ilə bağlı yekun qərarı verməyib. Komandanın baş məşqçisi Ayxan Abbasov Sporrt24.az-a açıqlamasında bu 25 yaşlı hücumçunun qalıb-qalmamasını götür-qoy etdiklərini söyləyib: "Pusi ilə müqaviləmiz var, qərarı biz verəcəyik. Onunla yanvarda "6 ay+1 il" şərtiylə müqavilə imzalamışdıq. Anlaşmanın şərtinə görə, biz istəsək, 1 illik qüvvəyə minəcək. Əks təqdirdə futbolçu azad agent statusu alacaq".

Xatırladaq ki, Pusi Premyer Liqamızda 18 matda qol hesabını aça bilməyib, 3 assist edib, bu sayda da sarı vərəqə alıb. 

 

 

MEHMAN SÜLEYMANOV