Azərbaycan Premyer Liqasının XIV turunun "Sumqayıt" – "Şamaxı" oyunundan (2:1) sonra qonaq komandanın baş məşqçisi Ayxan Abbasov fikirlərini bölüşdü. Sport24.az xəbər verir ki, mütəxəssis matçla bağlı bunları dedi:
– Dinamik oyun idi, hər iki komanda qələbə qazanmaq istəyirdi. Oyun baxımından razı qaldım, amma nəticədən yox. Azı bir xal qazanmalıydıq. Real qol şanslarımız var idi, dəyərləndirə bilsəydik, fərqli olardı. Çempionatın ağır keçəcəyini bilirdik. Qarşıdakı oyunlara hazırlaşacağıq.