"Yaxınlarımla məsləhətləşdim. "Turan Tovuz"da mənim üçün daha əlverişli seçim olduğuna qərar verdim". Bu sözləri Sport24.az-a açıqlamasında "Turan Tovuz"un yeni qapıçısı Aydın Bayramov deyib.

"Sumqayıt"ı Qərb təmsilçisinə dəyişən 26 yaşlı Bayramov başqa təkliflərinin də olduğunu söyləyib: "Burada tək maddiyat deyil, hər bir amili nəzərə alaraq, "Turan Tovuz" seçimini etdim".

Qeyd edək ki, Aydın son olaraq "Sumqayıt"da çıxış edib.

 

KAMAL BAYRAMOV