"Gecikdiyimiz üçün üzr istəyirik". Sport24.az xəbər verir ki, bunu Yunanıstan təmsilçisi "Aris"in baş məşqçisi Marinos Uzunidis Bakıda "Araz-Naxçıvan"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.

 

Tədbirə nəzərdə tutulduğu vaxtdan 20 dəqiqə gec gələn 57 yaşlı mütəxəssis vacib oyuna çıxacaqlarını bildirib: "Bu gün məşq edəcəyik. Artıq sabah vacib görüşümüz var. Biz də həmin oyuna hazırlaşacağıq".

 

O, Bakıya daha əvvəl də səfər etdiklərini xatırladıb: "Qəbələ"yə qarşı oynamışdıq. Sabah bizi çəyin oyun gözləyir. "Araz-Naxçıvan"ın ötən mövsümdən bir neçə və bu ilki yoldaşlıq oyunlarından ikisini izləmişik. Əlimizdən gələni edərək, növbəti mərhələyə vəsiqə qazanmağa çalışacağıq"

 

Qeyd edək ki, "Araz-Naxçıvan" və "Aris" arasında ilk görüş iyulun 24-də "Dalğa Arena"da keçiriləcək. Matçın start fiti saat 20:00-da səslənəcək. (Teleqraf)