XXVII turun ikinci oyun gününə Mərdəkanda yekun vurulub. Sport24.az xəbər verir ki, "Araz-Naxçıvan" autsayder "Qəbələ"no qonaq edib. 

 

Tərəflər hərəyə 1 dəfə fərqlənib və oyun 1:1 hesabı ilə başa çatıb.

 


Qeyd edək ki, turun digər iki matçı - "Turan Tovuz" - "Qarabağ" və "Sumqayıt" - "Sabah" sabah keçiriləcək.

 

Misli Premyer Liqası

III dövrə, XXVII tur

16 mart

18:30. "Araz-Naxçıvan" - "Qəbələ" 1:1 

Qol: Kurdiç, 42 - Xaleyla, 67

Qırmızı: Kurdiç, 59

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Elçin Mehtiyev
Mərdəkan. "Liv Bona Dea Arena"

"Araz-Naxçıvan": 12. Kristian Avram, 6. Vadim Abdullayev, 10. Orxan Əliyev (k), 39. Tural Bayramlı, 3. Turan Manafov, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 29. Vanderson Melo, 42. Kadiri Mohammed, 14. Miço Kuzmanoviç, 27. Numan Kurdiç

Ehtiyat oyunçular: 91. Semir Bukviç, 17. İldar Alekperov, 55. Zamiq Əliyev, 2. Abdulla Rzayev, 88. Tuqay Əlizadə, 11. Ramin Nəsirli, 13. Mirəli Əhmədov, 19. Aksel Nqando, 23. Nuno Rodriqes

Baş məşqçi: Azər Bağırov

"Qəbələ": 13. Kristof Atanqana, 2. İlkin Qırtımov, 34. Urfan Abbasov (k), 28. Murad Musayev, 5. Rauf Hüseynli, 7. Emil Səfərov, 20. Bilel Auaşeriya, 3. Zurab Oçiqava, 99. Ahmed Ayzaya, 9. Əyyub Allaş, 72. Osama Xalayla

Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 36. Elməddin Sultanov, 14. Ülvi İsgəndərov, 12. Nicat Əliyev, 71. Sənan Ağalarov, 25. İbrahim Ramazanov, 77. Okan Təhməzli, 27. Eşqin Əhmədov, 10. Klesio Bauk, 4. Lukas Afriko, 19. Samuel Tetteh, 6. Feras Abu Akal

Baş məşqçi: Kaxaber Tsxadadze