Azərbaycanın I Liqa təmsilçisi "Şimal" "Araz-Naxçıvan"ın sabiq futbolçusu Elşad Əliyevi transfer edib. Bu barədə klubun mətbuat xidmətindən bildirilib.

 

26 yaşlı hücumçu yeni komandasında 9 nömrəli formanı geyinəcək.

 

Qeyd edək ki, E.Əliyev karyerası ərzində yetirməsi olduğu "Araz-Naxçıvan"la yanaşı, "Sumqayıt-2", "Zaqatala", "Cəbrayıl" və "Şəki Siti"də də oynayıb.