Birinci Divizion təmsilçisi “Araz Naxçıvan” yeni mövsüm hazırlıqlarını davam etdirir. Sport24.az xəbər verir ki, Muxtar Respublika təmsilçisi dünəndən qardaş Türkiyəyə üz tutub.

Azər Bağırovun yetirmələri Erzurumda 6 yoxlama görüşü keçirəcək. Təmsilçimiz ilk oyununu sabah “Amasyaspor”a qarşı keçirəcək. Ertəsi gün həmyerlilərimizi “Erzincanspor” sınağa çəkəcək. Daha sonra 3 gün daha çox funksional hazırlığa üstünlük veriləcək.

Avqustun 12-dən isə yenidən praktika. Həmin gün “Artvin Hopaspor”la matç baş tutacaq. Daha sonra isə “Araz Naxçıvan” ayın 15-dək hər gün daha bir matç keçirəcək: 13 avqust -  “Karakaçan”, 14 avqust - “Elazığspor”, 15 avqust - “Erbaaspor”a qarşı.

Qeyd edək ki, Naxçıvan təmsilçi avqustun 16-da Vətənə dönəcək.