Ölkə kubokunun yarımfinal mərhələsinin ilk matçında"Zirə" öz meydanında "Qəbələ"ni (2:1) məğlub etməyi bacarıb. Oyunda diqqətçəkən məqamlardan biri də  Araz Abdullayevin "qartallar"ın heyətində debüt etməsi olub. Bir ildən çoxdu ölkə xaricində legioner həyatı yaşayan Abdullayev qarşılaşmadan sonra Sport24.az-ın suallarını cavablandırıb.


- 15 aydan sonra yenidən Vətəndəsən. Bununla bağlı fikilərini bilmək istərdik.
- Yenidən Vətənə və ölkə çempionatına qayıdışımdan məmnunam. Çalışacam ki, bu qayıdışı
m hər tərəfli düşərli olsun.


- "Llapi"dən niyə ayrıldın? Ümumiyyətlə, Kosovo karyeran niyə istənilən səviyyədə alınmadı?
- "Llapi"yə transfer olunmamışdan əvvəl 6 ay klubsuz qalmışdım. Orda yeni-yeni formaya düşürdüm ki, zədə aldım. Kosovoda səhiyyə zəif
olduğundan məni düzgün müalicə etmədilər. Belə ki, 3 həftəlik zədəni ancaq 2 aya sağalda bildilər. Ondan sonra müqavilə şərtlərində bəzi bəndlər var idi ki,qarşı tərəf öhdəliyi yerinə yetirmirdi. Buna görə də, Kosovodan ayrılmağa qərar verdim.


- Legioner həyatını davam etdirməyə nə mane oldu?
- Kosovadan ayrılandan sonra bir neçə təkliflərim vardı.
Ən real variant Qazaxıstan "Jenus"u idi. Amma sonda razılığa gələ bilmədik.


- Qazaxıstan təmsilçisi ilə nədə razılaşmadız?
- Bu barədə çox danışmaq istəmirəm. İndi bütün fikrim "Zirə"yə yönəlib. Yeni komandamda özümü yaxşı tərəfdən göstərib formaya düşmək istəyirəm.


- Başqa ölkələrdən də təkliflərin var idi?
- Agentlərim bu işlə məşğul idi. Bir neçə ölkədən təklif gəlmişdi ki, onlar arasınsa Türkiyə klubları da var idi. Sadəcə, Qazaxıstan qədər real olanı yox idi. Bir tərəfdən də vaxt uzanırdı deyə, düzgün qərar verməliydim. Çünki futbolsuz qaldıqca formadan düşürdüm.


- "Zirə"ni seçməyinə nə səbəb oldu?
- Qəsəbə təmsilçisinə keçidimin başlıca səbəbi Rəşad Sadıqovdu. Sağ olsun Rəşad müəllim kritik zamanda mənə əlini uzatdı. Bu jestinin və köməyinin qarşılığını maksimum verməyə çalışacam. Hazırda olduğum yerdən məmnunam. Qalır üzərimdə işləyib, əvvəlki formamı bərpa etmək.


- Bu gün "Qəbələ"yə qarşı oyunda debüt etdin, hətta qol vurmaq imkanın da var idi. Amma top tirdən qayıtdı. Çıxışını necə dəyərləndirisən?

- Təxminən 2 ilə yaxındı çempionatımızda oynamırdım. Meydanda olmaq xoş oldu. Fərqlənməyə yaxın olsam da, zərbəm tirdən qayıtdı. Geridönüşümü qolla qeyd etmək istərdim. Amma təəssüflənmirəm. Hələ qarşıda 2 ay var. Bu müddət  maksimum çalışacam ki, lazım olan formaya düşüm və komandamın uğurlarında pay sahibi olum.

 


- Ölkımizdə son klubun "Sumqayıt" idi. Hazırda "kimyaçılar" da uğurlu çıxış edir. Sabiq komandan fikirlərin?  
- Ola bilər mətbuat məni bir qədər pis təqdim edib. Mənim heç bir klubla və rəhbərliklə problemim yoxdu. Elə hal olsa belə, kin saxlayan biri deyiləm. "Sumqayıt"da çıxış edən oyunçular dost-yoldaşlarımdı, onlara ancaq uğurlar arzu edirəm. Fikrimcə, Samir Abasov istədiyi döyüşkən komandanı qura bilib.


- 2 gün əvvəl AFFA-da seçkilər gerçəkləşdi və yeni prezident Rövşən Nəcəf qarşıdakı 4 ildə federasiyaya rəhbərlik edəcək. Dəyişikliyə münasibətin?
- Əvvəlki AFFA rəhbərliyi bacardığı qədər ölkə futbolunu irəli aparmağa çalışdı. Ümid edirəm ki, yeni rəhbərlik bəzi çatışmazlıqları aradan qaldıracaq.  


- Bir vaxtlar Araz Abdullayev Azərbaycan futbolunda gələcəyin ulduzu hesab olunurdu. Bir neçə gündən sonra 32 yaşını qeyd edəcəksən. Yenidən əvvəlki Arazı görə biləcəyik?
- Əvvəlcədən nəsə deməyi sevmirəm.
Allah nəsib edəcəksə yenidən yaxşı formaya düşmək istəyirəm. Bunu üçün maksimum çalışıb qarşıda 2 ayda əlimdən gələni etməyə çalışacam.

ABDULLA İSMAYILOĞLU