Aqil Nəbiyevin "Şimal"la əməkdaşlığı alınmayıb. Sport24.az xəbər verir ki, Xaçmaz təmsilçisi onu "sükan arxasında" görmək istəsə də 43 yaşlı mütəxəssisi təklifi geri çevirib.
Buna səbəb isə Xaçmaz təmsilçisinin üzləşdiyi durumdur. ötən mövsümün yekunlarına əsasən I Liqaya vəsiqə qazanan "Şimal" peşəkar status daşıyan liqaya yüksəlsə də, bəzi həvəskar komandaların şəraiti onlarla müqayisədə daha yaxşıdır. Məşq etməyə meydanı olmayan, maliyyə cəhətdən problem yaşayan xaçmazlılar çox çətin vəziyyətdədilər.
Qeyd edək ki, hazırda PRO kateqoriyalı məşqçi kurslarına qatılan Nəbiyev 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisidir.