"Kəpəz"dən ayrılandan sonra klubsuz qalan Amil Yunanovun ölkə xaricinə yollanıb. Sport24.az-ın əldə etdiyi məlumata görə, forvard 2024/25 "futbol ili"ndə legioner həyatı yaşayacaq.

 

Futbol agenti Yunis Yunislu saytımıza açıqlamasında forvardın Albaniyanın güclülər dəstəsində mübarizə aparan komanda ilə anlaşdığını bildirib: "Amil Yunanov Albaniyanın Super Liqasında çıxış edən FK BYLIS-lə anlaşıb. Müqavilənin müddəti 2025-ci ilin iyununa qədər nəzərdə tutulub".

 

Qeyd edək ki, 31 yaşlı hücumçu karyerası ərzində "Qəbələ","Keşlə", "Sumqayıt" "Şamaxı", "Səbail", "Kəpəz" kimi klubların şərəfini qoruyub. O, 5 oyunda milli komandanın formasını da geyinib.