"Sabah"a qayıtmaq alınmasa, komandaya uğurlar arzulayacam və azarkeşlik edəcəm". Sport24.az xəbər verir ki, bunu "Sabah"la icarə müqaviləsi bitən futbolçu Aleksey Kaşuk Misli Premyer Liqasının 2022/23 mövsümündən sonra mükafatlandrıma mərasimindən sora jurnalistlərə açıqlamasında deyib. .

21 yaşlı ukraynalı sağ cinah yarımmüdafiəçisi gələcək taleyinin müqavilə ilə məxsus olduğu Donetsk "Şaxtyor"unda asılı asılı olacağını bildirib: "Şaxtyor"un transfer üçün hansı məbləği tələb etdiyini bilmirəm. Azərbaycanı, "Sabah"ı çox bəyənirəm. Bura qayıtmaq alınsa, çox şad olacam. Ümid edirəm ki, gələcək karyeram üçün ən yaxşı qərarı qəbul edəcəyik".

Kaşuk başa çatan mövsümdə çıxışlarını və UEFA Konfrans Liqasındakı şansları da dəyərləndirib. “Sabah” üçün uğurlu il alındı. Sonadək birinci yer üçün oynadıq. Bu heyət saxlanılsa, yeni futbolçular gəlsə, çempionlur uğrunda mübarizə aparmaq mümkündü. Mövsümün əvvəlində məqsədimiz avrokuboklara vəsiqə qazanmaq idi. Bunu çempionatın sonuna bir neçə tur qalmış əldə etdik. Avrokuboklarda oynayacağımıza görə şadam. Ümidvaram ki, püşkdə bəxtimizə yaxşı komanda çıxacaq və mərhələ adlayacağıq".