AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinin qonağı olacaq Avstriya yığmasında zədəli oyunçuların sayı artıb. Sport24.az xəbər verir ki, müdafiəçilər David Alaba və Stefan Poş da Bakıdakı görüşdə iştirak etməyəcək.

Belə ki, hər iki futbolçu zədəlidi. "Real"ın futbolçusu olan Alaba millinin kapitanıdı. Maraqlıdı ki, o, millimizlə Avstriyadakı qarşılaşmanı da zədə üzündən buraxmışdı. 

Hücumçu Marko Arnautoviçin isə zədə səbəbindən millimizə qarşı oynamayacağı daha əvvəldən bəlli idi.

Qeyd edək ki, Azərbaycan - Avstriya qarşılaşması oktyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.