Bu gün Region Liqasında VI tura start veriləcək. Sport24.az xəbər verir ki, Paytaxt və Şimal zonasından başqa digər zonaların hamısında mübarizə başlayacaq.

Ağstafa ilə Gəncənin eyniadlı komandaların görüşündə turnir cədvəlində qonşuların dueli olacaq. Belə ki, debütant "Ağstafa" ən yaxın izləyicisi "Gəncə"yə evdə qalib gələrsə, ən azı 1 günlük vahid lider olacaq.

Cari mövsümdə xalsız 2 komandadan biri olan "Qobustan" özündən 1 pillə irəlidə olan "Ərkivan"ı qonaq edəcək. Meydan sahiblərinin ilk qələbəsi rəqibiylı xal fərqinin minimuma enməsi demək olacaq.

Qərb və Şimal-Qərb və Cənub zonalarından fərqli Mərkəz zonasında bu gün 2 görüş baş tutacaq. "Ağsu Siti" evdə 3 heç-heçədən sonra nəhayət, ilk qələbəni qazansa, ən azı 1 günlük 1-ci pillədə qərarlaşacaq. "İmişli" qonşu bölgə olan Beyləqana səfərdən 3 xalla qayıdarsa, ən azı 3-cü pillədə yerini qoruyacaq. 

 

Region Liqası, 2021/22 mövsümü

Zona

Oyun

Tarix

Saat

Tur

Meydança

1

Qərb

Ağstafa-Gəncə FK

04.12.2021

13:00

VI tur

Ağstafa UGİŞM st.

2

Cənub

Qobustan-Ərkivan(Masallı)

04.12.2021

14:00

VI tur

Qaraçala stadionu

3

Mərkəz

Mil FK-İmişli

04.12.2021

15:00

VI tur

Beyləqan OİK

4

Mərkəz

Ağsu Siti-Araz (Saatlı)

04.12.2021

15:00

VI tur

Ağsu ş. stadionu