"Qarabağ"ın və millimizin əsas qapıçısı Şahruddin Məhəmmədəliyev hazırkı durumu haqda danışıb. O, Sport24.az-a açıqlamasında zədədən sonra hələ tam sağalmadığını söyləyib: "Tam hazır olmağıma bir az da vaxt lazımdı. Əlimdə ağrılar hiss edirəm. Amma bütün həkimlərin dediyi kimi, bu, ağrılar vasitəsilə keçib gedəcək. Dözürəm, buna adət etmişəm. İnşallah, yayda təlim-məşq toplanışı zamanı ağrıların tam arxada qalacağını, hər şeyin mənim üçün yaxşı olacağını düşünürəm".

Xatırladaq ki, "Şah" bu qış Antalya toplanışında qolu sınaraq əməliyyat olunmuş və 2-3 aylıq sıradan çıxmışdı. 

 

 

MEHMAN SÜLEYMANOV