Rusiyanın "Axmat" klubunun futbolçusu Həmid Ağalarovun atası Ruslan Ağalarov oğluna vətəndaşlığını dəyişərək Azərbaycan milli komandasına keçmək təklifi ilə bağlı yayılan məlumatlara münasibət bildirib. Sport24.az xəbər verir ki, rusiyalı məşqçi bu haqda heç nə bilmədiyini vurğulayıb: "Eşitməmişəm ki, Azərbaycan Futbol Federasiyası Assosiasiyası Həmidə vətəndaşlığını dəyişməyi təklif edib. Heç kim mənimlə əlaqə saxlamayıb. Bəlkə Həmidlə danışıblar, deyə bilmərəm. Hazırda Rusiya Federasiyasının vətəndaşlarıyıq və bununla fəxr edirik”.

Peşəkar karyerası ərzində heç vaxt Rusiyanın əsas yığmasında çıxış etməyən Ağalarov U-18-dən U-21-ə kimi gənclərdən ibarət komandalarda ümumilikdə 24 oyun keçirib. 23 yaşlı futbolçu bu mövsüm 4 oyunda 1 qol vurub.