"Çempionatda 200 oyun az müddət deyil. Bu illər ərzində mənə etimad göstərən hamıya təşəkkür edirəm". Bu sözləri Sport24.az-a açıqlamasında "Zirə"nin kapitanı Ağabala Ramazanov söyləyib.
Məlumdu ki, 29 yaşlı bu hücumçu Premyer Liqada artıq 200-cü oyununu keçirib. Bu müddətdə 37 qola imza atan Ağabala debüt matçını yaxşı xatırlayır: "İlk oyunum 17 yaşında "Neftçi"nin heyətində "Sumqayıt"a qarşı olub. Yadımdadı, 75-ci dəqiqədə meydana girmişdim. Ən uğurlu və uğursuz matçlarım hansılar olub? Bununla əlaqədar seçim etmək çətindi. Zaman-zaman yaxşı və pis oynadığım qarşılaşmalar olub Bu, normaldı. Hansınısa ön plana çəkmək ətindi".
Maraqlıdı, Ramazanovun bundan sonrakı hədəfi necə matça çatmaq olacaq? 300-ü də haqlamağı real sayırmı?: "Onun üçün Premyer Liqada daha 100 oyun keçirmək deməkdi, Bu isə təxminən 3-4 mövsüm daha oynamaqdı. Niyə də olmasın? Hazırda özümü fiziki cəhətdən buna hazır sayıram".
.Xatırladaq ki, Ağabala 2020-ci ilin əvvəlindən formasını geyindiyi "Zirə"nin 46 matçda 12 qola imza atıb.
MEHMAN SÜLEYMANOV