Türkiyə millisinin və "Beşiktaş"ın sabiq baş məşqçisi Şenol Günəş Azərbaycan millisini çalışdıra bilər. Sport24.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, AFFA 71 yaşlı mütəxəssislə danışıqlara başlayıb.
Türkiyəli məşqçinin son olaraq "Beşiktaş"da işləyib. Günəş bu komandayla yayda "Neftçi" ilə Konfrans Liqası matçına görə Bakıya gəlmişdi. Təcrübəli mütəxəssis oktyabrın 6-da uğursuz nəticələrə görə istefaya göndərilib.
Xatırladaq ki, millimizə son olaraq başçılıq edən italiyalı Canni de Byazi noyabrın sonunda öz istəyi ilə postundan ayrılıb.