AFFA-nın Oyun Əməliyyatları şöbəsinin rəisi Emin Cəfərova UEFA-dan təyinat gəlib. Sport24.az xəbər verir ki, bunu milli assosiasiyanın mətbuat xidməti açıqlayıb.

 

O, Konfrans Liqasının II təsnifat mərhələsinin "Maribor" (Sloveniya) – "Universitatya Krayova" (Rumıniya) oyununun UEFA nümayəndəsi olacaq. Mariborda keçiriləcək görüş iyulun 25-də baş tutacaq.

 

Qeyd edək ki, "Maribor" – "Universitatya Krayova" matçını danimarkalı baş hakim Mads Kristoffersen idarə edəcək.