AFFA-nın futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən növbəti təyinat alıb.

Sport24.az xəbər verir ki, o, UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Zenit” (Rusiya) – “Çelsi” (İngiltərə) oyununda UEFA nümayəndəsi olacaq.

Sözügedən matç dekabrın 8-də Rusiyanın Sankt-Peterburq şəhərindəki “Qazprom Arena”da baş tutacaq.