AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA-nın iclasında iştirak edib. Sport24.az xəbər verir ki, bunu assosiasiyanın mətbuat xidməti açıqlayıb.

 

Məmmədov Klubların Lisenziyalaşdırılması Komitəsinin toplantısına üzv olaraq qatılıb. İclas UEFA-nın İsveçrənin Nyon şəhərindəki qərargahında baş

tutub.

Toplantı zamanı növbəti mövsüm üçün lisenziyalaşdırma qaydalarında nəzərdə tutulan dəyişikliklər müzakirə olunub.