AFFA prezidenti Rövşən Nəcəf "Qarabağ"ı Çempionlar Liqasında "Benfika"nı məğlub etməsi ilə bağlı təbrik edib. Sport24.az xəbər verir ki, funksioner sosial şəbəkə hesabında bunları yazıb:
"UEFA Çempionlar Liqasının Liqa mərhələsinə möhtəşəm qələbə ilə başlayan "Qarabağ" futbol klubunu ürəkdən təbrik edirəm. Komandamıza qarşıdakı oyunlarda da uğurlar arzulayıram. Təbriklər!!!"