"Qarabağ" Futbol Klubunu UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda, səfərdə Macarıstanın "Ferentsvaroş" komandasına qalib gəlməsi münasibətilə ürəkdən təbrik edirəm". Sport24.az xəbər verir ki, bunu AFFA prezidenti Rövşən Nəcəf sosial şəbəkə hesabında yazıb.

 

Qrumun rəhbəri "Qarabağ"ın UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqəni təmin edəcəyinə inamını ifadə edib: "İnanıram ki, təmsilçimiz cavab qarşılaşmasında da əzmkar mübarizə nümayiş etdirərək, turnirin Liqa mərhələsinə vəsiqəni təmin edəcək. Uğurlar, "Qarabağ".

 

Qeyd edək ki, Ağdam təmsilçisi səfər qarşılaşmasında rəqibinə 3:1 hesabı ilə qalib gəlib. Cavab oyunu avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.