AFFA növbəti mövsüm üçün klublara ayıracaq maliyyə vəsaitini artırmağı planlaşdırır. Sport24.az-ın əldə etdiyi məlumata əsasən, 2024/25 "futbol ili"ndə assosiasiya rəhbərliyi elita klublarına cari mövsümdə olduğu kimi 3 yox, 4 milyon manat ayırmağı planlaşdırır.

 

Qurumun bu addımı atmağa məcbur edən səbəb isə Vergi Məcəlləsində olan dəyyişiklikdi. Əvvəlki illərdə klubların futbolçulara verdiyi məvacibdən 5 faiz vergi tutulurdusa, hazırda bu rəqəm 20 faizə bərabərdi.