AFFA tərəfindən Bakıda Azərbaycan hakimləri üçün seminar keçirilib. Sport24.az xəbər verir ki, bu barədə assosiasiyanın rəsmi saytı məlumat yayıb.

 

Seminarda hakimlərin həftəlik təlim və rəy üçün istifadə etdikləri Onlayn Platforma haqqında "Refpal" platformasının qurucuları Kristo Tohver və Sten Klaassen tərəfindən dərslər keçirilib, müvafiq təlimatlar verilib.