"Azəri" klubunun baş məşqçisi Elşən Əliyevin futbolla bağlı hər hansı fəaliyyətinə 1 il müddətdə qadağa qoyulub. Sport24.az xəbər verir ki, bu barədə AFFA-nın İntizam Komitəsi qərar verib.

 

Komitə AFFA U-13 Liqasında keçirilən "Turan Tovuz" – "Azəri" (Gəncə) matçında baş verənləri müzakirə edib. Gəncə təmsilçisinin baş məşqçisi oyunun 15-ci dəqiqəsində baş hakimi təhqir etdiyinə, şərəf və ləyaqətini alçaltdığına, onu vurmağa cəhd etdiyinə görə oyun yarımçıq dayandırıllb.

 

 Qeyd edək ki, AFFA baş məşqçini cəzalandırmaqla yanaşı, "Azəri"yə 0:3 hesablı texniki məğlubiyyət verib.