Adil Şükürov "Kəpəz"in yeni baş məşqçisi təyin olunub. Sport24.az xəbər verir ki, təcrübəli mütəxəssislə 2 illik müqavilə imzalanıb.

 

O, 2023-cü ilin noyabrından 2024-cü ilin avqustuna kimi olan dövrdə "sarı-göylər"i çalışdırıb.

 

Şükürov komandada futbolçu qismində də çıxış edib. O, 1999/2000-ci illər mövsümdə "Kəpəz"in heyətində ölkə çempionatının gümüş medallarını qazanıb, Azərbaycan Kubokunu başı üzərinə qaldırıb.