"Kəpəz" malili hücumçu Adama Nianenin transferiylə bağlı məsələni həll edib. Bu haqda Sport24.az-a danışan komandanın baş məşqçisi Azər Məmmədov yeni forvardın sabah ölkəmizə gələcəyini söyləyib: "Viza məsələsinin həllini gözləyirdik. Ondan qabaq da bəzi məsələlər vardı ki, ona görə gözləməli olduq. Belə ki, futbolçu bəzi klublardan təklifi olduğuna görə götür-qoy edirdi. Sonda elə oldu ki, məsələ xeyrimizə həll olundu və Adama bizə gəlməyi seçdi. Gələndən sonra da onunla rəsmi müqavilə imzalayacağıq. Anlaşmanın müddəti cari mövsümün sonunadək olacaq".
Qeyd edək ki, millisində 7 oyun keçirmiş 30 yaşlı Niane "Nant"ın yetirməsidi və karyerası daha çox Fransaya bağlı olub. O, keçən mövsüm İranın "Nassaji" klubunda (23 matç) çıxış edib.
MEHMAN SÜLEYMANOV