Minifutbol üzrə Azərbaycan millisi bu gün Slovakiyada keçirilən Avropa çempionatında növbəti oyununa çıxacaq. Sport24.az xəbər verir ki, yığmamız yarımfinalda Serbiya ilə üz-üzə gələcək.

 

"Tipos Arena"da baş tutacaq matçın start fiti Bakı vaxtı ilə saat 22:45-də səslənəcək.

 

Digər yarımfinal matçında Macarıstan Ukrayna ilə qarşılaşacaq.  Bu görüş saat 21:15-də başlayacaq.

 

Qeyd edək ki, F qrupunda Avstriya (1:0), İtaliya (3:0) və Fransanı (3:2) məğlub edən millimiz 1/8 finalda Qazaxıstanı (3:2), 1/4 finalda Çexiyanı (5:2) üstələyib.