31-ci Azərbaycan Kubokunun finalçıları ikinci dəfə həlledici matçda üz-üzə gələcəklər.

Sport24.az xəbər verir ki, “Neftçi” və “Qəbələ” 9 il əvvəl də finalda qarşılaşıb.

2013/14 mövsümünün həlledici oyunundan 3299 gün sonra rəqiblər yenə kubok üçün son duelə çıxacaq.

Taleyinin penaltilər seriyasında həll olunduğu qarşılaşmanın protokolunu təqdim edirik:

2013/14 mövsümü, final

“Qəbələ” - “Neftçi” – 1:1, pen.2:3
Qollar: Marat İzmaylov, 70 - Samir Məsimov, 52.
Baş hakim: Əliyar Ağayev.
22 may 2014. T.Bəhramov adına Respublika stadionu. 22000 tamaşaçı

Penaltilər seriyası: Marat İzmaylov (0:0), Erik Ramos (0:1), Rafael Santos (0:1), Flavio Aleks Valensio (0:2), Lourival Assis (1:2), Denis Silva (1:2), Nizami Hacıyev (2:2), Bruno Bertuççi (2:3), İbrahima Niasse (2:3).

Sarı vərəqələr: Davronjon Erqaşev, 19 (qeyri-idman hərəkəti); Rafael Santos, 32 (sistematik qayda pozuntusu); Rail Məlikov, 70 (qeyri-idman hərəkəti); Ruslan Tağızadə, 97 (qeyri-idman hərəkəti) // Erik Ramos, 54 (qeyri-idman hərəkəti); Elvin Yunuszadə, 60 (qeyri-idman hərəkəti); Cavid İmamverdiyev, 62 (qeyri-idman hərəkəti); Karlos Kardoso, 108 (hakimin qərarına etiraz)

“Qəbələ”: Kamran Ağayev (k), Rail Məlikov, Marat İzmaylov, Nizami Hacıyev, Viktor Mendi (Abdulvahid Afolabi, 108), Luis Hilario, Lorenzo Ebesilio (Lourival Assis, 118), Ruslan Tağızadə, İbrahima Niasse, Rafael Santos, Davronjon Erqaşev (Daniel Subotiç, 57)
Baş məşqçi: Yuri Syomin.

“Neftçi”: Saşa Stamenkoviç, Karlos Kardoso, Rəşad Sadiqov (k) (Ruslan Qurbanov, 86), Flavio Aleks Valensio, Cavid İmamverdiyev (Denis Silva, 65), Erik Ramos, Bruno Bertuççi, Samir Məsimov (Elşən Abdullayev, 95), Məqsəd İsayev, Elvin Yunuszadə, Ernest Nfor.
Baş məşqçi: Böyükağa Hacıyev.