Cari mövsüm Misli Premyer Liqasında 200-cü qol vurulub. Sport24.az xəbər verir ki, yubiley topuna "Sabah"ın futbolçusu Coy Lens Mikels imza atıb.

 

31 yaşlı hücumçu "Neftçi"yə qalib gəldikləri XIV turun oyununda komandasının ikinci qolunun müəllifi olub.

 

Bundan əlavə, almaniya forvard çempionatın bombardirlik cədvəlində "Araz-Naxçıvan"ın üzvü Ba-Muaka Simakalaya da çatıb. Hər iki cari mövsüm 7 qol vurub.

 

Qeyd edək ki, "Sabah" ötən gün "Neftçi"ni 2:0 hesabı ilə üstələyib.