"Atletik"in futbolçusu İker Muniain gələcək karyerası ilə bağlı qərarını verib. Sport24.az verir ki, 31 yaşlı yarımmüdafiəçi İspaniya klubunu tərk edəcək.

 

Futbolçu mövsümün sonunda La Liqa təmsilçisi ilə vidalaşacaq. Bilbao klubunda ümumilikdə 19 il keçirən İker əsas komandada 15 mövsüm çıxış edib.

 

Qeyd edək ki, Muniain "Atletik"də indiyədək 557 matç keçirib və 75 qol vurub.