NTD-İNDİQO heyətini yeni basketbolçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, Xaçmaz təmsilçisi 195 sm boya malik Eysan Vayli ilə müqavilə imzalayıb.
ABŞ-lı hücumçu mövsümün sonuna kimi bölgə klubunun şərəfini qoruyacaq.
Qeyd edək ki, 25 yaşlı Vaylinin son klubu Danimarkanın "Holbek-Stenhus" komandası olub.