Azərbaycanın 16 yaşadək qızlardan ibarət basketbol millisi Avropa çempionatının C divizionunda bu gün final matçına çıxacaq. Sport24.az xəbər verir ki, komanda Cəbəllütariqin ev sahibliyi etdiyi turnirdə Kiprlə qarşılaşacaq.

 

Oyun Bakı vaxtı ilə saat 20:15-də start götürəcək.

 

Qeyd edək ki, qrup mərhələsində Ermənistan millisini 86:59, Gürcüstanı 97:40, Kipri isə 68:45 hesabı ilə üstələyən Evren Alkayanın yetirmələri yarımfinalda Albaniyanı məğlubiyyətə uğradıb - 92:62. Qızların yarışına Cəbəllütariq ev sahibliyi edir.