Azərbaycan Basketbol Liqasında XIII tura yekun vurulub. Sport24.az xəbər verir ki, liderlər qrupunda qərarlaşan komandalar Xaçmazda üz-üzə gəliblər.

 

NTD-İNDİQO öz meydanında "Xəzri"yə uduzub. Bu nəticədən sonra turnir cədvəlində ikihakimiyyətlilik yaranıb. "Sabah" və "Xəzri" eyni - 24 xal toplayıb. Xaçmazlılar onlardan 1 xal geri qalırlar.

 

Qeyd edək ki, turun digər qarşılaşmalarında "Xırdalan" "Gəncə"ni (93:87), "Sabah" "Sərhədçi"ni (96:71), "Neftçi" "Sumqayıt"ı (113:96), "Cəlilabad" "Şəki"ni (90:86) məğlub edib.

XIII tur
4 fevral
NTD-İNDİQO - "Xəzri" - 85:89 (20:17, 19:20, 22:31, 22:31, 24:21)

Xaçmaz Olimpiya İdman Kompleksi