Bu gün Azərbaycan Basketbol Liqasında XVII tura start verilib. Sport24.az xəbər verir ki, ilk oyun günündə bir matç keçirilib.

 

Yeganə qarşılaşma A qrupunda baş tutub. NTD "Naxçıvan"la üz-üzə gəlib. Bərabər səviyyədə keçən görüşün son periodunda meydan sahibləri üstünlüyə yiyələniblər. NTD ardıcıl ikinci qələbəsini qazanıb.

 

Qeyd edək ki, tura martın 9-da yekun vurulacaq.

 

Azərbaycan Basketbol Liqası
XVII tur
7 mart

 

A qrupu
19:00. NTD – "Naxçıvan" - 85:78 (21:15, 22:26, 23:24, 19:13)

Sərhədçi İM