MBA əfsanələrindən olan Kərim Əbdül-Cabbar 4 çempionluq üzüyünü, 3 dəfə ona təqdim olunan MVP mükafatını və digər xatirə əşyalarını satıb. Sport24.az xəbər verir ki, "Miluoki Baks” və “Los Anceles Leykers”in heyətində çempionu olan sabiq basketbolçu gənclərin təhsil proqramına yardım məqsədilə bu addımı atıb. Satışdan Əbdül-Cabbar 2,8 milyon dollar əldə edib.

Hazırda 75 yaşı olan əfsanəvi basketbolçu 6 dəfə MBA çempionu olub, 2 dəfə isə finalların ən dəyərli oyunçusu mükafatına layiq görülüb. Kərim 6 dəfə də müntəzəm çempionatın ən yaxşı oyunçusu olub. O, 19 dəfə “All Star” matçına dəvət alıb. Əbdül-Cabbar uzun müddət 38387 xalla MBA-nın ən məhsuldar oyunçusu rekordunu əlində saxlamışdı.