Azərbaycan Basketbol Liqasında VII turun daha bir oyunu keçirilib. Sport24.az xəbər verir ki, günün ilk matçında "Quba" "Gəncə"ni qəbul edib.

 

B qrupunda baş tutan görüş qonaqların qələbəsi ilə bitib - 95:78

 

Xallarının sayını 13-ə çatdıran "Gəncə" liderliyini davam etdirir. "Quba" 9 xalla sonuncu - 6-cı sıradadır.

 

Qeyd edək ki, turun ötən gün baş tutan oyunlarında "Neftçi" "Sabah"ı 71:66, "Sumqayıt" "Lənkəran"ı 108:99, "Naxçıvan" isə NTD-ni 95:77 hesabı ilə üstələyib.