16 yaşadək qızlar arasında Avropa çempionatının C divizionunda mübarizə aparacaq Azərbaycan millisinin heyəti bəlli olub. Sport24.az xəbər verir ki, yığmamız turnirdə 12 basketbolçu ilə mübarizə aparacaq.

 

Yekun heyətdə Aylin Əkbərzadə, Leyla Allahverdiyeva, Nəzrin Almazova, Dəniz Gokçöl, Mədinə Məmmədova, Angelina İsmayılova, Ayan Aslan, Sofiya Kərimova, Sitarə Abbasova, Aylin Niftəliyeva, Nigar Maysarova, Vanesa Çokarova yer alıb. 

 

Qeyd edək ki, Cəbəllütariqdə keçiriləcək turnirdə millimizin rəqibləri Ermənistan, Gürcüstan və Kipr yığmalarıdır.