Ötənlərin əfsanəvi basketbolçu Çarlz Barkli “Leykers”in lideri Lebron Ceymsi “hədələyib”. Sport24.az xəbər verir ki, MBA-nın Şərəf Zalının üzvü 38 yaşlı Ceymsin Kərim Abdul Cabbarın xal rekordunu “Nyu Orlean Pelikans” oyunda qıracağı halda, zarafatla onu döyəcəyini söyləyib: “Lebron daha 63 xal toplasa, Kərimin rekordunu qıraraq, Liqa tarixin ən məhsuldar oyunçusu olacaq. Onun oyununu izləmək üçün Nyu Orleana gedəcəyəm. Rekord həmin oyunda qırıla bilər. Rekord bu oyunda qırılsa, onu pis günə salacam. Bu rekordun növbəti həftə qırılmasını gözləyirik. Ona görə də TNT telekanalı bunun üçün xüsusi hazırlıq görürük. Rekord şənbə günü Nyu Orleanda yox, bgələn həftə öz kanalımızın yayımlayacağı oyunda qırılmalıdı".